İnsanlara hürriyət, millətlərə istiqlal!

ChatGPT-nin uydurduğu qərarlardan istifadə edən vəkilə məhkəmədən cəza — “Süni intellekt halüsinasiyası” qalmaqalı

Musavat.com xəbər verir ki, ABŞ-ın Merilend ştatının apellyasiya məhkəməsi işində ChatGPT-nin uydurduğu hüquqi presedentlərə istinad edən vəkil Adam Hayman barədə intizam qərarı çıxarıb.

Ailə məsələləri üzrə vəkil olan Hayman, qəyyumluq işi çərçivəsində ananı təmsil edərkən apellyasiya ərizəsində mövcud olmayan məhkəmə qərarlarını təqdim edib. Hətta bəzi “sitatlar” real hüquqi sənədlərlə ziddiyyət təşkil edib.

Vəkil məhkəmədə bildirib ki, onun köməkçisi “süni intellektin halüsinasiyalar yaratma riski” barədə məlumatlı olmayıb və bu səbəbdən saxta hüquqi arqumentlər sənədlərə daxil edilib.

Məhkəmənin qərarına əsasən, vəkil və köməkçisi süni intellektdən etik və peşəkar şəkildə istifadə üzrə təlim keçməli, eləcə də sənədlərin doğruluğunu yoxlama bacarıqlarını təkmilləşdirməlidirlər. Bundan əlavə, Hayman intizam komissiyasına göndərilib. 

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Sentyabr 2026

BÜTÜN XƏBƏRLƏR