Onlayn ictimai-siyasi qəzet
Çin hakimiyyəti Yaponiyanın 20 ən böyük şirkətini ixrac nəzarətinə məruz qalan şirkət və birliklərin siyahısına salıb.
Musavat.com xəbər verir ki, məlumatı Çin Ticarət Nazirliyi yayıb.
Nazirlik bilıdirir ki, bu qərar milli qanunvericiliyə uyğun olaraq elan edildiyi tarixdən qüvvəyə minəcək. Tədbirlər Mitsubishi Heavy Industries Gəmiqayırma, Mitsubishi Heavy Industries Aero Engines, Mitsubishi Heavy Industries Marine Machinery & Equipment, Mitsubishi Heavy Industries Engine & Turbocharger, Mitsubishi Heavy Industries Maritime Systems, Kawasaki Heavy Industries Aerospace Systems Company, KAWAJU Gifu Engineering, Fujitsu Defense & National Security, IHI Power Systems, IHI Master Metal, IHI Jet Service, IHI Aerospace, IHI Aero Manufacturing, IHI Aerospace Engineering, NEC Network and Sensor Systems, NEC Aerospace Systems, Japan Marine United Corporation, JMU Defense Systems, Yaponiya Milli Müdafiə Akademiyası və Yaponiya Aerospace Exploration Agentliyinə aiddir.
Qeyd olunur ki, tcarət şirkətlərinə və fərdlərə bu təşkilatlara ikili təyinatlı mal satmaq qadağandır və davam edən hər hansı bir fəaliyyət "dərhal dayandırılmalıdır". Təchizatların "həqiqətən zəruri" olduğu "xüsusi hallarda" Çin Ticarət Nazirliyinə baxılması üçün sorğu təqdim edilməlidir.
Musavat.com
04 Iyun 2026
03 Iyun 2026
ŞƏRHLƏRŞƏRH YAZ