Onlayn ictimai-siyasi qəzet
Amerikalı fəal Çarli Kirki qətlə yetirməkdə ittiham olunan Tayler Ceyms Robinson Yuta ştatında ölüm hökmü ittihamı ilə mühakimə olunacaq.
Musavat.com xəbər verir ki, məlumatı "The Washington Post" qəzeti yayıb. Qəzet yazır ki, "Robinsonun işinə sədrlik edən Yuta ştatının hakimi Toni Qraf çərşənbə axşamı Yuta ştatının ölüm cəzasına icazə verdiyi yeganə qətl növü olan ağırlaşdırılmış qətl də daxil olmaqla ittihamlar üzrə məhkəməsinin davam etdirilməsi üçün kifayət qədər dəlil olduğunu qərara aldı".
Prokurorlar iddia edirlər ki, Robinson Kirki siyasi baxışlarına görə hədəfə alıb və uşaqların olduğue yerdə atəş açıb – bunlar məhkəmədə sübut olunarsa, hökmə təsir edə biləcək iki amildir.
Musavat.com
02 Sentyabr 2026
ŞƏRHLƏRŞƏRH YAZ