Onlayn ictimai-siyasi qəzet
Ukrayna rəsmi olaraq Beynəlxalq Mülki Aviasiya Təşkilatına (ICAO) Rusiya üzərindən uçuşların yüksək riski barədə xəbərdarlıq edib.
Musavat.com Ukrayna mətbuatına istinadən xəbər verir ki, quruma göndərilən xəbərdarlıq məktubunda Rusiya hava məkanının mülki aviasiya üçün tamamilə bağlanmasına çağırılıb.
ICAO baş katibinə ünvanlanan rəsmi məktubda Ukraynanın özünümüdafiə hüququndan istifadə etdiyi və buna görə də Rusiya hava məkanından mülki təyyarələrin istifadəsinin davam etdirilməsinin ciddi risklər yaratdığı vurğulanıb.
Kiyev ICAO üzv ölkələrini və aviaşirkətlərini təhlükəni nəzərə almağa və Rusiya üzərindən uçuşlara tamamilə qadağa qoymağı nəzərdən keçirməyə çağırıb.
Musavat.com
03 Sentyabr 2026
ŞƏRHLƏRŞƏRH YAZ