İnsanlara hürriyət, millətlərə istiqlal!

Putindən SƏFƏRBƏRLİK açıqlaması, Moskva aeroportlarında AJİOTAJ – Ədalət Verdiyevlə CANLI

Rusiyada səfərbərlik tələb edən heç bir ssenari yoxdur. Rusiya Prezidenti Vladimir Putin Vladivostokda keçirilən Şərq İqtisadiyyat Forumunda bildirib. Rusiya lideri bu mövzuda yayılan xəbərləri cəfəngiyat adlandırıb və bunu Dövlət Dumasına seçkilərdən əvvəl informasiya hücumu ilə əlaqələndirib.

“Bu, düşünülmüş informasiya əməliyyatıdır”, - Putin vurğulayıb.

Rusiya Prezidenti ölkəsində insanların Ukrayna vətəndaşlarından fərqli olaraq, Müdafiə Nazirliyi ilə könüllü müqavilələr imzaladığını qeyd edib.

Rusiya Prezidenti Vladimir Putin Ukraynada insanların “küçə itləri” kimi toplanaraq zorla cəbhəyə göndərildiyini bildirib.
Bu arada, Engels şəhərində Rusiya Aerokosmik Qüvvələrinin zabiti Nikolay Varpaxoviç və onun sürücüsünə sui-qəsd cəhdi olub.
Bu barədə “Baza” Telegram kanalı məlumat yayıb. Məlumata görə, naməlum şəxs motosikletlə hərbçinin olduğu evə yaxınlaşıb.
Hücumu törətməkdə şübhəli bilinən şəxsin üzünün dəbilqə ilə gizlədildiyi qeyd olunur. Bildirilib ki, hücum nəticəsində hərbçi xəsarət alıb, onun sürücüsü də güllə yarası alıb.

Ukrayna Prezidenti Zelenskinin Rusiya hava məkanının mülki aviasiya üçün yaratdığı təhlükə ilə bağlı xəbərdarlıqlarından sonra Moskvanın Vnukovo və Şeremetyevo hava limanları ardıcıl ikinci gecədir ki, uçuşlar dayandırıb.
Rusiyanın Federal Hava Nəqliyyatı Agentliyi (Rosaviasiya) Moskva bölgəsindəki hava limanlarında təyyarələrin gəlişi və uçuşuna müvəqqəti məhdudiyyətlər tətbiq olunduğunu bildirib.

Rusiya paytaxtındakı üç hava limanı əvvəlki gecə də fəaliyyətini dayandırıb. Flightradar24 uçuş izləmə xidmətinin məlumatına görə, Şeremetyevoda 21 reys ləğv edilib və daha 235 reys gecikib, Vnukovo isə 22 reys ləğv edilib və 94 reys gecikib.
TVMusavat-ın canlı yayımlanan “Həftə içi” verilişində aparıcı Emil Salamoğlu gündəmi hərbi ekspert Ədalət Verdiyevlə müzakirə edir.

https://www.facebook.com/tvmusavat

https://www.youtube.com/@musavattv

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

03 Sentyabr 2026

BÜTÜN XƏBƏRLƏR