İnsanlara hürriyət, millətlərə istiqlal!

Kövsər Dadaşovaya bu akademiyada yüksək vəzifə verildi

“Azərbaycan Hava Yolları” (AZAL) QSC-nin Milli Aviasiya Akademiyasında yeni kadr təyinatı həyata keçirilib.

Musavat.com nocomment.az-a istinadən xəbər verir ki, müvafiq əmrlə iqtisad üzrə fəlsəfə doktoru Kövsər Dadaşova Milli Aviasiya Akademiyasının Elmi-informasiya və patent şöbəsinin müdiri vəzifəsinə təyin edilib.

Kövsər Dadaşova bu təyinata qədər həmin şöbədə Layihə İdarəetmə Qrupunun rəhbəri vəzifəsində çalışıb.

Bundan əlavə, o, 2024-cü ilin oktyabr ayından Milli Aviasiya Akademiyasında Layihələrin İdarə Edilməsi ixtisası üzrə baş müəllim kimi fəaliyyət göstərir.

Daha əvvəl fakültənin Tədris-Metodiki Şurasının elmi katibi və menecment müəllimi vəzifələrində çalışıb.

Dadaşovanın Milli Aviasiya Akademiyasında ümumilikdə 11 ilə yaxın iş təcrübəsi var.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Sentyabr 2026

03 Sentyabr 2026

BÜTÜN XƏBƏRLƏR