İnsanlara hürriyət, millətlərə istiqlal!

Hörmüz boğazında rekord göstərici: Bir gündə 17 milyon barel neft daşındı

Bazar ertəsi günü 17 milyon barel neft daşıyan gəmilər Hörmüz boğazından keçməyə müvəffəq olub.

Musavat.com xəbər verir ki, bu barədə ABŞ Energetika Naziri Kris Rayt "CNBC" telekanalına verdiyi müsahibədə bildirib.

"Bazar ertəsi münaqişə başlayandan bəri göstəricilərə görə rekord gün oldu", – deyə amerikalı nazir vurğulayıb.

Onun sözlərinə görə, bu rəqəmə boğazdan yan keçməklə neft kəmərləri vasitəsilə ixrac edilən həcmlər də əlavə olunarsa, hərbi əməliyyatlar başlamazdan əvvəlki orta göstəricidən daha böyük nəticə alınır.

Nazir İranın fəaliyyətinin boğaz vasitəsilə neft tədarükünə müəyyən zərər vurduğunu etiraf etsə də, Birləşmiş Ştatların və müttəfiqlərin görülən tədbirlər sayəsində yekunda daha effektiv nəticə göstərdiyini diqqətə çatdırıb.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

02 Sentyabr 2026

BÜTÜN XƏBƏRLƏR