Onlayn ictimai-siyasi qəzet
Çin hökuməti son dövrlərdə populyarlığı artan bəzi romantik seriallara qarşı yeni məhdudiyyətlər tətbiq edib.
Musavat.com xəbər verir ki, yeni qaydalar xüsusilə varlı şirkət rəhbəri ilə sıradan bir qadının eşq münasibətindən bəhs edən serialları hədəfə alır.
Çinli rəsmilərin sözlərinə görə, bu cür ekran əsərləri həddindən artıq var-dövləti təbliğ edir, gənclərdə uğur və evliliklə bağlı reallığa uyğun olmayan gözləntilər formalaşdırır.
Bu səbəbdən istehsalçılardan dəbdəbəli həyat tərzinin həddindən artıq qabardılmaması və süjetlərin yalnız “varlı biri ilə evlənmək” ideyası üzərində qurulmaması tələb olunur.
Qərar Çində müxtəlif reaksiyalara səbəb olub. Bəzi şəxslər bu addımın gənclərə mümkün təsirlərə görə zəruri olduğunu düşünür. Digərləri isə yeni məhdudiyyətlərin yaradıcılıq azadlığını məhdudlaşdırdığını bildirir.
Mütəxəssislər populyar mədəniyyətin cəmiyyətə təsirinin nəzərə alınmasının vacib olduğunu qeyd edirlər. Bununla yanaşı, onların fikrincə, tənzimləmə ilə yaradıcılıq azadlığı arasında balans qorunmalıdır.
Könül
Musavat.com
13 Oktyabr 2026
ŞƏRHLƏRŞƏRH YAZ