Onlayn ictimai-siyasi qəzet
İranın Pakistandakı səfiri Rza Əmiri Moqədəm bu gün səhər saatlarında maraqlı açıqlama ilə çıxış edib.
Musavat.com xəbər verir ki, səfir İran nümayəndə heyətinin bu axşam ABŞ ilə gözlənilən danışıqlar üçün İslamabada gələcəyini bildirib.
Diplomatın sözlərinə görə, bu görüşlər İranın təklif etdiyi "10 bəndlik plan" əsasında baş tutmalı idi.
Lakin bu iddialı açıqlamadan qısa müddət sonra səfirin rəsmi "X" (keçmiş Twitter) hesabındakı həmin paylaşım qəfil silinib.
Paylaşımın silinməsi danışıqların taleyi ilə bağlı suallar doğurub. Ekspertlər bunu diplomatik gərginlik və ya koordinasiya çatışmazlığı kimi qiymətləndirirlər. Hələlik tərəflərdən məsələ ilə bağlı rəsmi izahat verilməyib.
Musavat.com
05 Iyun 2026
04 Iyun 2026
ŞƏRHLƏRŞƏRH YAZ