Onlayn ictimai-siyasi qəzet
İsrail Müdafiə Qüvvələri (İDF) Qəzza zolağının mərkəzində radikal Fələstin HƏMAS hərəkatının hərbi qanadı olan "Deyr əl-Balah" batalyonunun bir bölük komandirini öldürüb.
Musavat.com xəbər verir ki, bu barədə ordunun mətbuat xidməti məlumat yayıb.
"İsrail Müdafiə qüvvələri Deyr əl-Balah bölgəsinə zərbə endirərək HƏMAS-ın hərbi qanadının "Deyr əl-Balah" batalyonunun bölük komandiri Şərif əl-Həsənatı öldürüb", - deyə məlumatda bildirir.
Mətbuat xidmətinin məlumatına görə, zərərsizləşdirilən şəxs Qəzza zolağında "terror hücumlarını idarə edib" və "HƏMAS-ın yeraltı obyektlərinin bərpası səylərinin rəhbərliyində iştirak edib".
Əl-Həsənat İsrail hərbçiləri üçün birbaşa təhlükə yaradırdı.
İsrail ordusundan qeyd olunub ki, əl-Həsənat "İDF hərbi qulluqçuları üçün birbaşa təhlükə yaradırdı" və "bu təhlükənin aradan qaldırılması məqsədilə məhv edilib".
Musavatcom

24 Avqust 2026
ŞƏRHLƏRŞƏRH YAZ