İnsanlara hürriyət, millətlərə istiqlal!

Alzheimer və Parkinsondan qorunmağın yolu: Bir sadə hərəkətlə...

Gündəlik fiziki hərəkətlərin beyin sağlamlığı üçün faydası gözləniləndən daha böyük ola bilər. Alimlər qarın əzələlərinin hərəkətinin beyində maye dövranını sürətləndirə və tullantıların xaric edilməsinə kömək edə biləcəyini müəyyənləşdiriblər.

ABŞ-nin Pensilvaniya Dövlət Universitetinin alimləri fiziki aktivliyin beyin sağlamlığına necə təsir etdiyini araşdırıblar. “Nature Neuroscience” jurnalında dərc olunan tədqiqat siçanlar və kompüter modelləri üzərində aparılıb.

Məlum olub ki, qarın əzələləri yığıldıqda onurğa beyni və beyinlə əlaqəli qan damarlarına təzyiq artır. Bu proses kəllə daxilində beynin çox kiçik hərəkətinə səbəb olur.

Alimlərin fikrincə, həmin hərəkət beyin-omurilik mayesinin dövranını gücləndirə bilər. Bu maye beyində yaranan maddələr mübadiləsi tullantılarının xaric edilməsində mühüm rol oynayır.

Tədqiqatçılar siçanların beynindəki dəyişiklikləri iki fotonlu mikroskopiya və mikrokompüter tomoqrafiyası vasitəsilə izləyiblər. Qarın boşluğuna nəzarətli təzyiq tətbiq edildikdə belə beynin yerinin dəyişdiyi müşahidə olunub.

Alimlər bu prosesi kompüter modeli ilə də araşdırıblar. Onlar beyni süngərə bənzədiblər: necə ki, süngəri sıxıb su ilə yuduqda içindəki çirk çıxır, beynin hərəkəti də mayenin dövranına və tullantıların xaric edilməsinə kömək edə bilər.

Mütəxəssislər bildirirlər ki, bu mexanizmin insanlarda da eyni şəkildə işlədiyini təsdiqləmək üçün əlavə araşdırmalara ehtiyac var. Bununla belə, nəticələr adi fiziki aktivliyin beyin sağlamlığında mühüm rol oynaya biləcəyinə işarə edir.

Beyin-omurilik mayesi yalnız beyni zərbələrdən qorumaqla kifayətlənmir, həm də maddələr mübadiləsinin tullantılarının xaric edilməsində iştirak edir. Onun dövranının pozulmasının Alzheimer və Parkinson xəstəlikləri ilə əlaqəli ola biləcəyi qeyd edilir./KONKRET.az

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

23 Avqust 2026

22 Avqust 2026

BÜTÜN XƏBƏRLƏR