İnsanlara hürriyət, millətlərə istiqlal!

Kamçatkada həyəcan – Azərbaycan səfirliyi hərəkətə keçdi

Xəbər verildiyi kimi, Rusiyanın Kamçatka yarımadasında güclü yağışlar və çayın daşması nəticəsində 100-ə yaxın turist Tolbaçik vulkanı ərazisində blokadada qalıb.

Musavat.com xəbər verir ki, turistlər arasında Azərbaycan vətəndaşı Tatyana Dolivets də var.

Məlumata görə, daşqın nəticəsində yolun dağılması turist qrupunun ərazini tərk etməsinə imkan vermir. Qrupun ərzaq ehtiyatlarının da tükənmək üzrə olduğu bildirilir.

Tatyana Dolivets vəziyyətlə əlaqədar Azərbaycan dövlətinə və ölkəmizin Rusiyadakı səfirliyinə müraciət edərək təxliyəyə kömək göstərilməsini istəyib.

Azərbaycanın Rusiyadakı səfirliyi və Yekaterinburqdakı Baş Konsulluğu məsələni nəzarətə götürüb. Diplomatik nümayəndəliklər Rusiya hakimiyyət orqanları, Kamçatkada yaşayan Azərbaycan icmasının nümayəndələri, eləcə də turist qrupu ilə əlaqə saxlayırlar.

Turistlərlə birbaşa rabitə peyk əlaqəsi vasitəsilə həyata keçirilir.

Hazırda turistlərin təhlükəsiz olduğu bildirilir. Onların təxliyəsinə hazırlıq gedir, lakin əlverişsiz hava şəraiti əməliyyatın həyata keçirilməsini çətinləşdirir.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

24 Avqust 2026

23 Avqust 2026

BÜTÜN XƏBƏRLƏR