Onlayn ictimai-siyasi qəzet
DÇ-2026: İspaniya Belçikanı üstələyərək yarımfinala yüksəldi
Dünya Çempionatı çərçivəsində keçirilən gərgin qarşılaşma başa çatıb. 1/4 final mərhələsinin oyununda İspaniya və Belçika milliləri üz-üzə gəlib.
Musavat.com xəbər verir ki, son dəqiqələrə qədər böyük həyəcan içində keçən matçın qalibi İspaniya seçməsi olub. İspanlar rəqiblərini 2:1 hesabı ilə məğlub edərək turnirdə yoluna davam edib.
Bu nəticə ilə İspaniya millisi adını Dünya Çempionatının yarımfinalına yazdırmağı bacarıb.
İspaniya 2 – 1 Belçika
***
DÇ-2026: İspaniya matçın sonunda önə keçdi
Dünya Çempionatının 1/4 final mərhələsində İspaniya və Belçika milliləri arasında keçirilən gərgin qarşılaşmada növbəti qol vurulub.
Musavat.com xəbər verir ki, matçın son dəqiqələrində İspaniya seçməsi hesabdakı tarazlığı öz xeyrinə pozmağı bacarıb. Oyunun 88-ci dəqiqəsində Mikel Merino rəqib qapısına yol taparaq hesabı 2:1 edib.
Hazırda qarşılaşmada son dəqiqələr oynanılır.
***
DÇ-2026: İspaniya və Belçika ilk hissəni bərabərliklə başa vurdu
Futbol üzrə Dünya Çempionatında keçirilən İspaniya – Belçika qarşılaşmasının ilk hissəsi başa çatıb.
Musavat.com xəbər verir ki, komandalar fasiləyə 1:1 hesabı ilə yollanıblar.
İlk 45 dəqiqədə üstün oyun nümayiş etdirən tərəf İspaniya olub. İspanlar topa 63 faiz sahib olub və rəqib qapısına 9 zərbə endirib. Belçika isə 37 faiz topa nəzarət edib və cəmi 2 zərbə vurub.
Komandaların ilk hissə statistikası:
Topa sahib olma: İspaniya – 63%, Belçika – 37%
Zərbələr: İspaniya – 9, Belçika – 2
Qapıya dəqiq zərbələr: İspaniya – 3, Belçika – 1
Künc zərbələri: İspaniya – 3, Belçika – 0
Qayda pozuntuları: İspaniya – 5, Belçika – 6
Sarı vərəqələr: İspaniya – 1, Belçika – 0
Qırmızı vərəqələr: İspaniya – 0, Belçika – 0
***
DÇ-2026: İspaniya mundialda ilk qolunu buraxdı
Futbol üzrə Dünya Çempionatında keçirilən İspaniya – Belçika qarşılaşmasında hesab bərabərləşib.
Musavat.com xəbər verir ki, matçın 41-ci dəqiqəsində Çarlz De Ketelaere Belçikanın vurduğu qolla hesabı 1:1 edib.
Qarşılaşmada mübarizə davam edir.
***
DÇ-2026: İspaniya Belçika qarşısında hesabı açdı
Futbol üzrə Dünya Çempionatında keçirilən İspaniya – Belçika matçında hesab açılıb.
Musavat.com xəbər verir ki, görüşün 30-cu dəqiqəsində İspaniya millisinin futbolçusu Fabian Ruis komandasını önə keçirib.
Hazırda İspaniya Belçikaya qarşı 1:0 hesabı ilə öndədir.
22:59***
DÇ-2026: İspaniya və Belçika yarımfinala vəsiqə uğrunda mübarizə aparır
Futbol üzrə Dünya Çempionatında növbəti vacib qarşılaşma başlayıb.
Musavat.com xəbər verir ki, İspaniya millisi Belçika yığması ilə üz-üzə gəlib.
Bakı vaxtı ilə saat 23:00-da start götürən görüşdə komandalar növbəti mərhələyə yüksəlmək üçün mübarizə aparır.
Musavat.com
11 Iyul 2026
10 Iyul 2026
ŞƏRHLƏRŞƏRH YAZ