Onlayn ictimai-siyasi qəzet
Polşada dəhşətli dəmir yolu qəzası baş verib. Sərxoş halda sükan arxasına əyləşən traktor sürücüsü az qala böyük bir faciyəyə səbəb olacaqdı.
Musavat.com xəbər verir ki, hadisə traktoru idarə edən sürücünün sərxoşluq səbəbindən dəmir yolu keçidini vaxtında keçə bilməməsi nəticəsində yaşanıb.
Qatarların hərəkət etdiyi zolaqda qalan saman yüklü qoşquya sürətlə gələn sərnişin qatarı şiddətlə çırpılıb. Qəza anında qatarın içərisində təxminən 500 sərnişinin olduğu bildirilir.
Böyük toqquşmaya və yaranan təhlükəyə baxmayaraq, möcüzə nəticəsində qatardakı 500 sərnişindən heç biri xəsarət almayıb. Hadisənin anbaan təhlükəsizlik kamerasına düşən görüntüləri sosial şəbəkələrdə böyük əks-səda doğurub.
Musavat.com
18 Avqust 2026
ŞƏRHLƏRŞƏRH YAZ