İnsanlara hürriyət, millətlərə istiqlal!

Dənizlərdə yeni era: 80 min nəfərlik üzən şəhər

Nəhəng layihə olan Freedom Ship gəmisi ilə bağlı yeni detallar açıqlanıb.

Musavat.com xəbər verir ki, Freedom Ship adlı gəminin uzunluğunun təxminən 1,5 kilometr olması nəzərdə tutulur. Layihə çərçivəsində gəminin daxilində məktəblər, mağazalar, banklar, restoranlar və 15 min tamaşaçı tutumuna malik stadionun yaradılması planlaşdırılır.

Məlumata görə, üzən şəhər limanlara daxil olmayacaq və daim beynəlxalq sularda hərəkət edəcək. Onun marşrutunun bir neçə ildən bir dəyişdirilməsi nəzərdə tutulur. Sakinlər və qonaqlar gəmiyə katerlər və helikopterlər vasitəsilə çata biləcəklər.

Layihənin dəyərinin təxminən 16 milyard dollar olduğu bildirilir. Həmçinin Freedom Ship-in nüvə enerjisi hesabına fəaliyyət göstərəcəyi qeyd olunur.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

07 Iyun 2026

06 Iyun 2026

BÜTÜN XƏBƏRLƏR