İnsanlara hürriyət, millətlərə istiqlal!

Dilqəm Məhərrəmovdan DUYĞULANDIRAN JEST - FOTO

Məşhur plastik-rekonstruktiv cərrah Dilqəm Məhərrəmov onkoloji xəstəlikdən müalicə alan həyat yoldaşı, plastik cərrah Nərgiz Əhmədovaya dəstəyini nümayiş etdirib.

Musavat.com xəbər verir ki, Dilqəm Məhərrəmov həyat yoldaşının keçdiyi müalicə prosesində onun yanında olduğunu göstərmək üçün saçlarını qırxıb.

Cərrah bu jestini sosial media hesabında paylaşdığı foto ilə nümayiş etdirib. O, həyat yoldaşı ilə birlikdə çəkdirdiyi fotosuna “Hər şeydə birlikdə” sözlərini əlavə edib.

Dilqəm Məhərrəmovun paylaşımı sosial şəbəkələrdə böyük diqqət çəkib. İzləyicilər şəfalar diləyib və cütlüyə xoş sözlər deyiblər.

Şahanə Rəhimli,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

14 Oktyabr 2026

BÜTÜN XƏBƏRLƏR