İnsanlara hürriyət, millətlərə istiqlal!

Dizelin qiyməti bir dəfəyə dəhşətli dərəcədə qalxdı – Türkiyədə kritik hədd

Türkiyədə dizel yanacağının qiymətində kəskin artım qeydə alınıb.

Musavat.com xəbər verir ki, son bahalaşmadan sonra bəzi böyük şəhərlərdə bir litr dizelin qiymətinin 100 lirə həddinə yaxınlaşdığı qeydə alınıb.

Dizelin bir litrinin qiymətinə 6,5 lirə artım edilib və yeni tariflər yanacaqdoldurma məntəqələrində qüvvəyə minib.

Bahalaşmadan sonra İstanbulun Avropa hissəsində dizelin bir litri 95,60 lirəyə (3,341 manat), Anadolu hissəsində isə 95,46 lirəyə (3,336 manat) yüksəlib.

Ankarada bir litr dizelin qiyməti 96,75 lirəyə (3,382 manat), İzmirdə isə 97,02 lirəyə (3,391 manat) çatıb.

Beləliklə, İzmirdə dizelin qiymətinin 100 lirə həddinə çatmasına cəmi 2,98 lirə qalıb.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

15 Oktyabr 2026

BÜTÜN XƏBƏRLƏR