Onlayn ictimai-siyasi qəzet
Banqladeşdə “Donald Tramp” ləqəbi ilə tanınan 700 kiloqramlıq albinos camış Qurban bayramında qurban kəsiləcək.
Musavat.com xəbər verir ki, heyvana bu ad onun görünüşünə görə verilib. Açıq rəngli tükləri və saç düzümünü xatırladan görnüşü səbəbindən camış ABŞ prezidenti Donald Trampa bənzədilib.
Bildirilir ki, iri çəkili heyvan 4 gün sonra Qurban bayramı münasibətilə qurban veriləcək. Hadisə sosial şəbəkələrdə də geniş müzakirə olunur.
Musavat.com
17 Iyun 2026
ŞƏRHLƏRŞƏRH YAZ