İnsanlara hürriyət, millətlərə istiqlal!

Əliyev və Paşinyan Türkmənistanda eyni masada – Liderlərin diqqətçəkən söhbəti

Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan Türkmənistanda keçirilən beynəlxalq tədbir zamanı yenidən bir araya gəliblər.

Musavat.com xəbər verir ki, iki lider konsert proqramında eyni masada yanaşı əyləşərək söhbətləşiblər.

Hadisə bu gün, oktyabrın 8-də Türkmənistanın Türkmənbaşı şəhərində, Azərbaycan və Mərkəzi Asiya dövlət başçılarının 8-ci Məşvərət görüşündən sonra təşkil olunan konsert proqramında baş verib.

İlham Əliyev və Nikol Paşinyan rəsmi danışıqlar masası arxasında deyil, mədəni tədbir çərçivəsində qeyri-rəsmi şəraitdə ünsiyyət qurublar.

Liderlərin söhbətinin məzmunu barədə hələlik məlumat açıqlanmayıb. Video görüntülərdə onların eyni masada yanaşı əyləşərək söhbət etdikləri əks olunub.

Xatırladaq ki, bu gün Türkmənbaşı şəhərinin “Avaza” milli turizm zonasında keçirilən sammitdə regional təhlükəsizlik, iqtisadi əməkdaşlıq, energetika və nəqliyyat-logistika dəhlizləri kimi mühüm məsələlər müzakirə olunub.

Azərbaycanın bu formatda tamhüquqlu iştirakı barədə qərar isə 2025-ci ilin noyabrında Daşkənddə qəbul edilib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

14 Oktyabr 2026

BÜTÜN XƏBƏRLƏR