İnsanlara hürriyət, millətlərə istiqlal!

TƏCİLİ: Sərnişin təyyarəsində HƏYƏCAN - Pilot qaçırılma siqnalını VERDİ

Frankfurt-Dehli reysini (AI2030) yerinə yetirən "Air India" aviaşirkətinə məxsus sərnişin təyyarəsi Caypur Beynəlxalq Hava Limanına təcili eniş edib.

Musavat.com xəbər verir ki, "Times of India" nəşrinin məlumatına görə, təyyarə Mumbay hava məkanında olarkən hava gəmisinin kapitanı təcili olaraq "7500" kodunu ötürüb.

Bu xüsusi kod təyyarənin qaçırılması və ya göyərtəyə qanunsuz müdaxilə olunması anlamına gəlir.

Məcburi enişdən dərhal sonra layner polis əməkdaşları tərəfindən yoxlanılması üçün təhlükəsiz və təcrid olunmuş dayanacağa çəkilib.

"The Tribune" qəzetinin verdiyi xəbərə görə, hüquq-mühafizə orqanlarına göyərtədə partlayış təhlükəsi (bomba həyəcanı) barədə xəbərdarlıq daxil olub.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

14 Oktyabr 2026

BÜTÜN XƏBƏRLƏR