İnsanlara hürriyət, millətlərə istiqlal!

Bakı-İrəvan arasında yeni enerji xətti - Sünikdə müzakirə

Ermənistan və Azərbaycan TRIPP çərçivəsində elektrik xətlərinin tikintisini müzakirə edib

Ermənistan və Azərbaycan nümayəndələri TRIPP layihəsi çərçivəsində elektrik verilişi xətlərinin tikintisi məsələsini müzakirə ediblər.

Musavat.com xəbər verir ki, bu barədə Ermənistanın Ərazi İdarəetmə və İnfrastruktur Nazirliyi məlumat yayıb.

Bildirilib ki, iki ölkənin aidiyyəti qurumlarının nümayəndələri arasında görüş oktyabrın 8-də Ermənistanın Sünik vilayətinin Gorus şəhərində keçirilib.

Görüş zamanı elektrik verilişi xətlərinin tikintisi ilə bağlı texniki məsələlər müzakirə olunub, tərəflər layihənin ayrı-ayrı aspektləri barədə fikir mübadiləsi aparıblar.

Xüsusi diqqət qurumlar arasında koordinasiyanın təmin edilməsinə və işlərin irəlilədilməsi üçün bundan sonra atılacaq addımlara yönəldilib.

Qeyd edək ki, Ermənistanın baş naziri Nikol Paşinyan daha əvvəl Azərbaycan və Türkiyə ilə elektrik verilişi xətlərinin tikintisinin ölkənin enerji təhlükəsizliyinə töhfə verəcəyini bildirib.

Paşinyanın sözlərinə görə, “Sülh kəsişməsi” layihəsi çərçivəsində nəqliyyat əlaqələrinin bərpası ilə yanaşı, enerji əlaqələrinin də genişləndirilməsi, o cümlədən Azərbaycan və Türkiyə ilə enerji bağlantılarının yaradılması vacibdir.

E.Məmmədəliyev,
Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

13 Oktyabr 2026

BÜTÜN XƏBƏRLƏR