İnsanlara hürriyət, millətlərə istiqlal!

"Dostlarım zəng edib ki, sənə nə olub?" - VİDEO

Xalq artisti Brilliant Dadaşova sosial şəbəkələrdə yayılan görüntüləri ilə bağlı açıqlama verib.

Sənətçi ailəsində keçirilən tədbirdən söz açaraq görüntülərin qonaqlardan biri tərəfindən lentə alınaraq paylaşıldığını bildirib. Dadaşova qeyd edib ki, videoda görünüşü ilə bağlı dostlarından çoxsaylı zənglər alıb:

“Bu yaxınlarda ailəmizdə gözəl bir günü təntənəli şəkildə qeyd etmişik. Hamımız çox gözəl rəqs etmişdik. Dostlarımın çoxu zəng edib soruşur ki, “Brilliant, sənə nə olub? Orada yaxşı görünmürdün”. Mən də gördüm ki, yaxşı görünmürdüm. Dənizdən gəlmişdim, qaralmışdım. Sağ olsun, qonaq xanımlardan biri çəkib paylaşmışdı. 

Bizə baxıb sevinənlərə Allah can sağlığı versin, gözü götürməyənlərin də Allah köməyi olsun”. (Axşam.az)

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

21 Avqust 2026

BÜTÜN XƏBƏRLƏR