Onlayn ictimai-siyasi qəzet
Azərbaycanda akvakultura təsərrüfatlarının qeydiyyat şəhadətnaməsinin verilməsinə görə dövlət rüsumunun artırılması təklif olunur.
Musavat.com xəbər verir ki, məsələ Milli Məclisin Aqrar siyasət komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Dövlət rüsumu haqqında” və “Lisenziyalar və icazələr haqqında” qanunlara dəyişiklik layihəsində əksini tapıb.
Belə ki, qüvvədə olan qaydaya əsasən, akvakultura subyektləri tərəfindən hazırlanan bioloji və texnoloji əsaslandırmanın qeydiyyatına görə 50 manat dövlət rüsumu tutulur. Təklif olunan dəyişiklikdə isə bu yanaşma dəyişdirilir və akvakultura təsərrüfatlarının qeydiyyat şəhadətnaməsinin verilməsinə görə 70 manat dövlət rüsumu müəyyən edilir.
Layihəyə əsasən, “Lisenziyalar və icazələr haqqında” qanuna da dəyişiklik edilərək sahibkarlıq fəaliyyətinə verilən icazələrin siyahısına akvakultura təsərrüfatlarının qeydiyyat şəhadətnaməsi əlavə olunur. Hazırda həmin siyahıda yalnız balıqovlama bileti yer alır.
Arayışda bildirilir ki, dəyişikliklər “Balıqçılıq haqqında” yeni qanun layihəsindən irəli gəlir. Məqsəd akvakultura fəaliyyətinin yalnız qeydiyyat proseduru ilə deyil, daha sistemli nəzarət mexanizmi ilə tənzimlənməsi, su bioresurslarının idarə olunması sahəsində dövlət nəzarətinin gücləndirilməsi və potensial risklərin ilkin mərhələdə müəyyən edilməsidir.
26 Iyun 2026
25 Iyun 2026
ŞƏRHLƏRŞƏRH YAZ