Onlayn ictimai-siyasi qəzet
Sel fəlakətindən sonra bölgəyə səfər edən hakim Rusiya Dövlət Dumasının deputatı Sultan Xəmzəyev barədə korrupsiya xarakterli iddialar gündəmə gəlib.
Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, Rusiyanın Dağıstan Respublikasında baş vermiş dağıdıcı daşqınlardan sonra bölgəyə “yoxlama səfəri” edən Dövlət Dumasının deputatı Sultan Həmzəyev yeni qalmaqalın mərkəzinə düşüb.
Araşdırmaçılar bildirirlər ki, yeddi nəfərin öldüyü, on minlərlə insanın zərər çəkdiyi təbii fəlakət fonunda deputat səfəri daha çox sosial şəbəkə kontenti üçün istifadə edib.
Məlumata görə, Xəmzəyev səfər müddətində 20-dən çox videoçarx yayımlayıb. Kadrlarda onun guya zərərçəkmiş ərazilərə baxış keçirməsi, humanitar yardımı yoxlaması, hətta pişik balasını xilas etməsi göstərilib.
Yerli sakinlərin sözlərinə görə, deputatın fəaliyyəti bəzi hallarda xilasedicilərin işinə mane olub və ərazini tərk etməsi xahişlərinə məhəl qoyulmayıb.
Nümayiş etdirilən yardımın isə simvolik xarakter daşıdığı qeyd olunur. Misal olaraq bir neçə kisə tikinti qumunun göstərildiyi, halbuki blogerlərin və könüllülərin bölgəyə milyonlarla rubl yardım göndərdiyi bildirilir.
Araşdırmaya əsasən, deputatın səfərlərini çəkən şəxsi operatoru Yan İvanov rəsmi şəkildə onun Dövlət Dumasındakı köməkçisi kimi qeydiyyatdadır və maaşını dövlət büdcəsindən alır. Yalnız 2025-ci ilin dekabrı və 2026-cı ilin yanvarında ona bir milyon rubldan çox ödəniş edildiyi iddia olunur.
Digər köməkçi Camal Hacıyevin isə formal olaraq Dağıstan hökumətində çalışdığı, faktiki olaraq isə sürücü funksiyasını yerinə yetirdiyi yazılır.
Araşdırma müəllifləri deputatın bir sıra əmlaklarının da köməkçilər, yaxın qohumlar və ailə üzvlərinin adına rəsmiləşdirildiyini iddia edirlər.
Sadalanan aktivlər arasında:
Məqalədə həmçinin qeyd olunur ki, Sultan Həmzəyev indiyədək birbaşa səsvermə yolu ilə parlamentə seçilməyib.
2016-cı ildə o, seçkilərdə sonuncu yeri tutub. 2021-ci ildə isə mandatdan imtina edən Dağıstan rəhbəri Sergey Melikovun yerinə deputat kürsüsü əldə edib.
Musavat.com
09 Iyun 2026
ŞƏRHLƏRŞƏRH YAZ