Onlayn ictimai-siyasi qəzet
Dünyada şərab istehlakı kəskin azalıb.
Musavat.com xəbər verir ki, Beynəlxalq Üzümçülük və Şərabçılıq Təşkilatının hesabatına əsasən, 2025-ci ildə qlobal şərab istehlakı 208 milyon hektolitr təşkil edib.
Bu göstərici 1957-ci ildən bəri ən aşağı səviyyə hesab olunur.
Hesabatda qeyd edilir ki, dünyada şəraba ən böyük tələbat ABŞ, Fransa və İtaliyada müşahidə olunub. Rusiya isə siyahıda yeddinci yerdə qərarlaşıb.
Məlumata görə, 2025-ci ildə şərab istehlakı əvvəlki illə müqayisədə 2,7 faiz azalıb.
Mütəxəssislər azalmanı gənclər arasında alkoqollu içkilərə marağın zəifləməsi, iqtisadi çətinliklər, gömrük rüsumları və iqlim dəyişikliklərinin istehsal xərclərini artırması ilə əlaqələndirirlər.
Musavat.com
07 Iyun 2026
06 Iyun 2026
ŞƏRHLƏRŞƏRH YAZ