Onlayn ictimai-siyasi qəzet
Sosial şəbəkələrdə pornoqrafik xarakterli videomateriallar yaymaqda şübhəli bilinən Əhdiman Osmanov və tanışı Həsən Əliyev barəsində Cinayət Məcəlləsinin hansı maddəsi ilə cinayət işi başlanıldığı məlum olub.
Musavat.com xəbər verir ki, bu barədə “Unikal”a Əhdiman Osmanovun vəkili Yusif Seyfəlov və Həsən Əliyevin vəkili Tehran Hacıyev məlumat verib.
Onların sözlərinə görə, Əhdiman Osmanova, eləcə də tanışı Həsən Əliyev barəsində Cinayət Məcəlləsinin 242-ci (Pornoqrafik materialları və ya əşyaları yayma və ya reklam məqsədilə qanunsuz hazırlama, reklam etmə, habelə pornoqrafik xarakterli nəşrlər, kino və ya video materiallar, şəkillər və sair əşyalar ilə qanunsuz ticarət) maddəsi ilə cinayət işi başlanılıb.
Əgər onların bu əməli sübuta yetirilərsə, Əhdiman Osmanovu və Həsən Əliyevi üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə iki min manatdan dörd min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə cəzası gözləyir.
Araşdırmalar davam etdirilir.
13 Oktyabr 2026
00:33 Böyük Britaniyadan İrana qarşı SANKSİYA ZƏRBƏSİ: Baş nazir SEPAH-ın partlayış planını açıqladı
12 Oktyabr 2026
ŞƏRHLƏRŞƏRH YAZ