İnsanlara hürriyət, millətlərə istiqlal!

Əlil qızı qaçırıb təcavüz etdilər

Türkiyənin Qaziantep şəhərində 23 yaşlı eşitmə və danışma məhdudiyyətli qızın qaçırılaraq dörd nəfərin cinsi zorakılığına məruz qaldığı iddia olunub.

Hadisə Şahinbəy rayonunda baş verib.

Qızlarından xəbər ala bilməyən ailə polisə müraciət edib. Axtarışlara başlayan Şahinbəy Rayon Polis İdarəsinin əməkdaşları onu taparaq təhlükəsiz yerə aparıblar. Zərərçəkmiş ifadəsində zorla avtomobilə mindirildiyini, daha sonra maşına üç nəfərin də əyləşdiyini bildirib. Onun sözlərinə görə, şübhəlilər avtomobillə kimsəsiz əraziyə gedərək burada ona cinsi təcavüz ediblər. Aparılan araşdırma nəticəsində 25 yaşlı M.Ş.E., 27 yaşlı M.T., 28 yaşlı S.B. və 17 yaşlı F.R. saxlanılıb. Şübhəlilərdən birinin boyaçı, birinin santexnik, digər ikisinin isə bərbər və bərbər köməkçisi olduğu bildirilib. Faktla bağlı istintaq davam edir. Şübhəlilər barəsində yekun hüquqi qərar məhkəmə tərəfindən veriləcək./Lent.az

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

14 Avqust 2026

BÜTÜN XƏBƏRLƏR