İnsanlara hürriyət, millətlərə istiqlal!

Əliyevdən Trampa SENSASİON mesaj

Xəbər verildiyi kimi, ABŞ Prezidenti Donald Tramp öz təşəbbüsü ilə avqustun 8-də baş tutan telefon söhbəti zamanı azərbaycanlı həmkarı İlham Əliyevin İranla bağlı fikrini öyrənib. Onun hazırkı təzyiq formasının davam etdiriləcəyi təqdirdə İranın təslim olmaq ehtimalına dair sualına cavabında İlham Əliyev belə ssenarini mümkün saymadığını bildirib.

Tramp danışıqlar üçün İran qarşısında şərt qoydu – gəmilərə, bazalara hücum  olsa... - Baki-Xeber.com

1980–1988-ci illərdə baş vermiş səkkizillik İran-İraq müharibəsi ilə tarixi paralel aparan dövlət başçısı vurğulayıb ki, həmin dövrdə də rəsmi Tehranın təslim olacağı proqnozlaşdırılsa da, münaqişə İran xalqını daha sıx birləşdirib. İlham Əliyev bildirib ki, İranın təslim olacağını düşünmək real deyil və yeganə yol sülh və konstruktiv danışıqlardan keçir. O əlavə edib ki, Azərbaycan regionda sülh və əmin-amanlığın bərqərar olmasına maraqlıdır.

Azərbaycan liderinin sözləri nədən xəbər verir –Tramp İranla hesablaşmalıdır, yoxsa təzyiq siyasəti davam edəcək? Vaşinqton Bakının məsələdə mövqeyi və həssaslığını nə dərəcədə nəzərə alacaq?

Professor Qabil Hüseynli hesab edir ki, dövlət başçısı praqmatik mövqe sərgiləyib. Mütəxəssisin sözlərinə görə, Azərbaycan bu münaqişənin tezliklə başa çatmasının tərəfdarıdır: "ABŞ Azərbaycanla strateji tərəfdaşdır, İran isə vacib qonşudur. Biz belə bir reallıqda konfliktin uzanmasında maraqlı ola bilmərik. Çünki regional layihələrə fayda vermir. Bu münaqişənin davamı iqtisadi və logistik proyektlərin reallaşmasını gecikdirir. Ona görə də cənab İlham Əliyev tövsiyə edir ki, dayanıqlı sülh olmalıdır".

İran ABŞ-ı hədələdi: "Əgər Hörmüz-ə hücum etsələr..." - Globalinfo.az

Qabil Hüseynliyə görə, Azərbaycan İranın bu şəraitdə məğlubiyyətini real saymır:

"Söhbət müharibənin strategiyasından gedir. ABŞ dəniz blokadası, İran Hörmüz keçidini bağlamaqla müharibə yalnız uzana bilər. Burada birmənalı üstünlük yoxdur. Görünür ki, prezident amerikalı həmkarına bu detalı çatdırmaq istəyib. ABŞ 28 fevraldan bəri ən ağır zərbələri endirib, amma strateji qələbə yoxdur, yekun hədəflərə çatmayıb. Əgər uranın zənginləşdirilməsini dayandırmaq, raket arsenalını məhdudlaşdırmaq, proksi qüvvələrin dəstəyinin dayanmasını təmin etmək, İran neftinə və Hörmüzə nəzarəti ələ keçirmək kimi hədəflər var idisə, heç birinə nail olunmayıb. Prezident də bu məsələləri diplomatik yolla izah etmiş ola bilər. Yəni İranın potensialı və Çindən dəstəyi göz qabağındadır".

Professorun fikrincə, ABŞ-İran münaqişəsi getdikcə iqtisadi oyuna oxşayır və Azərbaycan son qoyulmasına çağırır: "Tramp İranla müharibədə mürəkkəb vəziyyətlə üzləşib. Tehran özünü psixoloji cəhətdən üstün tərəf kimi təqdim edir. Ən əsası Hörmüz boğazında nəzarəti təmin etməklə meydan oxuyur. Digər tərəfdən, ABŞ qalib kimi görünmək üçün yollar axtarır. Halbuki irimiqyaslı hücumları genişləndirməklə məsələyə nöqtə qoymaq mümkün idi. Onu da əlavə edim ki, İran ideoloji cəmiyyətdir. Dövlət başçısı Trampla danışığında buna da işarə etmiş ola bilər ki, İran üzərində qələbənin qeyri-mümkünlüyünü amerikalı həmkarına çatdırsın".

Emil Salamoğlu
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

12 Avqust 2026

BÜTÜN XƏBƏRLƏR