Onlayn ictimai-siyasi qəzet
Ermənistanda Azərbaycan hərbçisi ilə bağlı baş verən hadisədən sonra sərhədyanı ərazilərdə təhlükəsizlik məsələsi yenidən gündəmə gəlib.
Musavat.com xəbər verir ki, erməni hərbi ekspert Vaaqn Saroyan hadisəni şərh edərkən Ermənistan Milli Təhlükəsizlik Xidmətinin fəaliyyətini tənqid edib.
Onun sözlərinə görə, əgər Ermənistan Milli Təhlükəsizlik Xidmətində Azərbaycan tərəfinin verdiyi məlumat olubsa, həmin ərazidə artıq gücləndirilmiş xidmət təşkil edilməli idi.
“Bilmirəm, qurum hansı məntiqlə hərəkət edib, amma əhalinin sayıqlığını artırmaq üçün ictimaiyyətə heç olmasa qısa məlumat verilməli idi. Bundan başqa, sual yaranır: orada yalnız bir azərbaycanlı hərbçi olub? Sərhədyanı ərazidə artıq gərginlik yaranır. İnsanlar bilmirlər ki, səhər tezdən öz mətbəxlərində, məsələn, plov bişirən bir azərbaycanlı görəcəklər, ya yox”, – Saroyan bildirib.
Hərbi ekspert Azərbaycan vətəndaşının Ermənistanda mühakimə olunması məsələsinə də toxunub. Onun fikrincə, həmin şəxs əvvəlcə Ermənistan qanunları ilə mühakimə edilməli, yalnız bundan sonra Bakıda saxlanılan ermənilərlə mübadilə məsələsinə baxılmalıdır.
Saroyan əlavə edib ki, hazırda əsas məsələlərdən biri təhlükəsizliyin, xüsusilə sərhədyanı yaşayış məntəqələrində təhlükəsizliyin təmin edilməsidir.
Musavat.com
13 Oktyabr 2026
00:33 Böyük Britaniyadan İrana qarşı SANKSİYA ZƏRBƏSİ: Baş nazir SEPAH-ın partlayış planını açıqladı
12 Oktyabr 2026
ŞƏRHLƏRŞƏRH YAZ