İnsanlara hürriyət, millətlərə istiqlal!

Elman Paşayevlə bağlı SƏRT QƏRAR - 5 milyonluq maşını ƏLİNDƏN ALINIR

Vəkil Elman Paşayevin təxminən 5 milyon rubl dəyərində olan "Range Rover" markalı avtomobilinin üzərindən həbsin götürülməsi ilə bağlı məhkəməyə müraciəti təmin edilməyib.

Musavat.com xəbər verir ki, bu barədə "Mash" telegram kanalı məlumat yayıb.

2024-cü ilin sentyabrında məhkəmə icraçıları tərəfindən müsadirə edilən yolsuzluq avtomobili həbsdə qalacaq və artıq icra icraatı çərçivəsində satışa çıxarılıb. 

Həbsin səbəbi Paşayevin 2012-ci ildən qalan 36,5 milyon rubl məbləğində borcu olub. İş materiallarına görə, Nikolay Deryabin hüquqi xidmət göstərilməsi üçün vəkilə pul verib. Lakin Paşayev işə başlamayıb və sonradan xidmətdən imtina edib. O, vəsaitin bir hissəsini geri qaytarıb. 2022-ci ildə isə Moskva Şəhər Məhkəməsi ondan qalan məbləğin, faizlərin və dəbbə pulunun tutulmasına qərar verib.

Avtomobili qoruyub saxlamağa çalışan Paşayev Müdafiə Nazirliyi ilə bağladığı müqaviləyə və müharibədə iştirakı ilə əlaqədar icra icraatının dayandırılmasına istinad edib. Lakin məhkəmə bu arqumenti qəbul etməyib. Bundan sonra "Range Rover" satışa göndərilib.

Hazırda Elman Paşayev dələduzluq işi üzrə istintaq təcridxanasındadır. İstintaqın versiyasına görə, o, Aleksey Blinovskidən 20,1 milyon rubl və 300 min dollar alıb. Paşayevin bu pulu Aleksey və Yelena Blinovskilərə cinayət məsuliyyətindən yayınmaqda kömək edəcəyi vədi qarşılığında aldığı bildirilir.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

18 Avqust 2026

17 Avqust 2026

BÜTÜN XƏBƏRLƏR