İnsanlara hürriyət, millətlərə istiqlal!

Elnur Məmmədov VƏFAT ETDİ

“Parni iz Baku” komandasının yaradıcılarından biri, kollektivin baş müəllifi Elnur Məmmədov vəfat edib.

Musavat.com xəbər verir ki, bu barədə “Bu şəhərdə”nin prodüseri və ssenaristi Müşfiq Abbasov məlumat verib.

“Bu gün “Parni iz Baku” komandasını yaradıcılardan biri, komandanın Baş müəllifi, dostum Elnur Məmmədov dünyasını dəyişdi. Allah rəhmət etsin”, - deyə o bildirib.

Qeyd edək ki, “Parni iz Baku” Azərbaycanda 1988–2001-ci illərdə fəaliyyət göstərmiş məşhur KVN komandası olub. Komanda həm ölkə daxilində, həm də MDB üzrə keçirilən KVN yarışmalarında uğurlar qazanıb, Azərbaycan yumor və satira ənənələrinin formalaşmasında önəmli rol oynayıb.

Elnur Məmmədov komandanın qurucularından və əsas müəlliflərindən biri olub. O, səhnə repertuarının hazırlanması, ssenarilərin yazılması və KVN çıxışlarının konseptual ideyalarının formalaşmasında iştirak edib. O, ömrünün son ilərində içkiyə qurşandığı üçün bomj həyatı yaşayıb.

Şahanə Rəhimli,
Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

07 Iyun 2026

BÜTÜN XƏBƏRLƏR