İnsanlara hürriyət, millətlərə istiqlal!

Elşad Xosedən polisə şikayət olundu

Reper Elşad Xosedən polisə şikayət olunub.

Onunla “Sea Breeze” ərazisində çıxış etməsi barədə 5500 manatlıq sövdələşmə imzalanıb.

Razılaşma zamanı reperə əvvəlcədən 500 manat beh də ödənilib. Lakin konsertin keçirilməsinə cəmi 4 saat qalmış Elşad Xose əvvəlcədən razılaşdırılmış qonorarın artırılmasını tələb edib. O, əlavə ödəniş edilməyəcəyi təqdirdə səhnəyə çıxmayacağını bildirib.

Məkan rəhbərliyi isə əvvəlcədən bağlanmış razılaşmanın dəyişdirilməsinin doğru olmadığını vurğulayaraq əlavə ödəniş etməkdən imtina edib. Nəticədə, Elşad Xose konsertə gəlməyib və proqram baş tutmayıb.

Konsertin ləğv olunmasından sonra məkana gələn müştərilərlə rəhbərlik arasında narazılıq yaranıb. Hadisənin ertəsi günü məkan sahibi Bakı Şəhər Baş Polis İdarəsinə müraciət edərək şikayətçi olub.

BŞBPİ-yə çağırılan reper ifadəsində məkanın “Sea Breeze” olduğunun ona əvvəlcədən deyilmədiyini iddia edib. Qarşı tərəf isə iddiaları təkzib edərək telefon danışıqlarını sübut kimi təqdim edib. Yazışmalarda məkanın “Sea Breeze” olduğunun açıq şəkildə qeyd edildiyi üzə çıxıb.//yenisabah.az

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

09 Iyul 2026

BÜTÜN XƏBƏRLƏR