İnsanlara hürriyət, millətlərə istiqlal!

Əməkdar artist: “Kişi məclislərinə bir şərtlə gedirəm”

Əməkdar artist Nigar Şabanova verdiyi açıqlama ilə diqqət mərkəzinə düşüb.

Milli.Az-ın məlumatına görə, xanəndə bildirib ki, əvvəllər kişi məclislərində iştirak etməsə də, son dövrlərdə müəyyən şərtlər daxilində belə məclislərə qatılır.

Onun sözlərinə görə, bütün kişi məclislərinə dəvət qəbul etmir və seçim edərək iştirak edir. Nigar Şabanova qeyd edib ki, bununla bağlı özünəməxsus tələbi var, lakin həmin şərti efirdə açıqlamağı uyğun hesab etmir.

Sənətçi bildirib ki, bu məsələ ilə bağlı fikirlərini məclis sahibləri ilə əvvəlcədən danışıq zamanı bölüşür və yalnız şərtləri uyğun olduğu halda dəvətləri qəbul edir.

Xanəndənin bu etirafı sosial şəbəkələrdə maraqla qarşılanıb. İzləyicilər onun açıqlaması ilə bağlı müxtəlif fikirlər səsləndirərək mövzunu müzakirə ediblər.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

12 Iyun 2026

11 Iyun 2026

BÜTÜN XƏBƏRLƏR