Onlayn ictimai-siyasi qəzet
Azərbaycanın tanınmış siyasi analitiki, əməkdar jurnalist Tofiqəxanım Fazil qızı Qasımovanın (Nurani) səhhəti ilə bağlı son vəziyyət açıqlanıb.
Musavat.com-a açıqlamasında Minval.az və Minval Politika resurslarının baş redaktoru Emil Mustafayev bildirib ki, jurnalistin səhhətində müsbət istiqamətdə hər hansı irəliləyiş yoxdur. Onun sözlərinə görə, Nurani Qasımova hazırda reanimasiya şöbəsindədir: “Reanimasiyadadır. Vəziyyətində yaxşılığa doğru heç nə getmir. Çox təəssüf ki, həkimlər də yaxşı proqnozlar bildirmirlər”.
Xatırladaq ki, Nurani Qasımova uzun müddətdir xərçəng xəstəliyindən əziyyət çəkir. O, səhhətində yaranan problemlərlə bağlı uzun müddət ictimaiyyətə məlumat verməyib.
Jurnalistin səhhəti kəskin pisləşdikdən sonra o, xəstəxanaya yerləşdirilib. Hazırda müalicəsi həkimlərin nəzarəti altında reanimasiya şöbəsində davam etdirilir.
Xalidə Gəray
Musavat.com
18 Avqust 2026
ŞƏRHLƏRŞƏRH YAZ