Onlayn ictimai-siyasi qəzet
Ənsar Allah hərəkatı yaraqlılarının Səudiyyə Ərəbistanının Nəcran şəhərinə hücumu nəticəsində bir qadın və dörd yaşlı uşaq da daxil olmaqla on bir nəfər yaralanıb.
Musavat.com xəbər verir ki, məlumatı Səudiyyə Ərəbistanı koalisiyasının sözçüsü briqada generalı Turki əl-Maliki X səhifəsində paylaşıb: "Cümə axşamı günü Nəcran bölgəsində husilərin törətdiyi terror hücumları nəticəsində 11 mülki şəxs yaralanıb, onlardan yeddisi Səudiyyə vətəndaşı, o cümlədən bir qadın və dörd yaşlı uşaq ikinci dərəcəli yanıq xəsarəti alıb; bir yəmənli, iki misirli və xaricdə yaşayan bir pakistanlı da yaralanıb".
Əl-Malikinin sözlərinə görə, husilər beynəlxalq humanitar hüququ pozaraq mülki hədəflərə hücum ediblər.
Musavat.com
08 Avqust 2026
ŞƏRHLƏRŞƏRH YAZ