Onlayn ictimai-siyasi qəzet
Musavat.com xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Gürcüstanda qəzaya uğrayan hərbi təyyarədə şəhid olan İlker Aykutun atasına telefonla zəng edərək başsağlığı verib.
Prezident şəhidin ailəsinə səbir diləyib və dövlətin hər zaman onların yanında olacağını bildirib.
Qeyd edək ki, Türkiyə Silahlı Qüvvələrinə məxsus “C-130” tipli hərbi nəqliyyat təyyarəsinin Gürcüstan ərazisində qəzaya uğraması nəticəsində 20 hərbçi şəhid olub.
Musavat.com
01 Sentyabr 2026
ŞƏRHLƏRŞƏRH YAZ