Onlayn ictimai-siyasi qəzet
Türkiyədə kənd təsərrüfatına yönəlmiş yeni maliyyə dəstəyi paketi açıqlanıb.
Musavat.com xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan qadın və gənc fermerlər üçün kredit limitinin 3 milyon lirədən 5 milyon lirəyə qaldırıldığını açıqlayıb.
O bildirib ki, investisiya kreditləri üzrə fermerlərə 2 il əsas borc ödənişsiz olmaqla, 10 ilədək müddətə, şəxsi vəsait tələbi olmadan və Kredit Zəmanət Fondunun təminat dəstəyi ilə daha güclü maliyyələşmə imkanları təqdim ediləcək.
Ərdoğan əlavə edib ki, fermerlərin öz elektrik enerjisini istehsal etməsi də təşviq olunur. Bu məqsədlə 15 milyon lirəyədək, 8 il müddətinə və yüksək subsidiya faizləri ilə kredit imkanları yaradılır.
Musavat.com
20 Avqust 2026
ŞƏRHLƏRŞƏRH YAZ