Onlayn ictimai-siyasi qəzet
Aprelin 8-də Ermənistanın Lori rayonunda ölümlə nəticələnən yol qəzası baş verib.
Musavat.com erməni mediasına istinadla xəbər verir ki, Vanadzor-Spitak (Böyük Qarakilsə - Hamamlı) yolunun 10-cu kilometrliyində "VAZ 21014" və "DAF" markalı avtomobillər toqquşub.
Fotojurnalist Qaqik Şamşyanın sözlərinə görə, iki nəfər yerindəcə ölüb. Xəsarət alan iki nəfər isə Spitak xəstəxanasına yerləşdirilib.
Ölənlərin Ermənistan Müdafiə Nazirliyinin hərbçiləri olduğu bildirilir.
Musavat.com
05 Iyun 2026
ŞƏRHLƏRŞƏRH YAZ