Onlayn ictimai-siyasi qəzet
Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayevin Ermənistana səfəri hələ də müzakirə olunur.
Bunun əsas səbəblərindən biri Şahin Mustafayevin Ermənistanda doğulması, yeniyetməlik yaşına qədər orada yaşamasıdır.

Azadlıq radiosu nazir müavininin doğulduğu kənddən reportaj hazırlayıb. Reportajda Ş.Mustafayevin bir zamanlar yaşadığı məhəllədə yaşayan ermənilər onun özü və ailəsi haqqında maraqlı məlumatlar paylaşıblar. Nazir müavinini ailəsi Cuvevanda yeganə azərbaycanlı ailə olub. Kənd sakinlərinin sözlərinə görə, Ş.Mustafayevin anası kənddə hamıya qızıl üzük paylayırdı.
“Şahin ermənicə əla bilirdi, onunla mübahisə etmək olmurdu” deyə sakinlərdən biri xatirələrini bölüşüb.
Musavat.com sözügedən reportajı təqdim edir:
Nigar Həsənli
Musavat.com
04 Iyun 2026
03 Iyun 2026
ŞƏRHLƏRŞƏRH YAZ