İnsanlara hürriyət, millətlərə istiqlal!

Ermənistan KTMT-dən çıxır?

Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından (KTMT) çıxması hazırda XİN-in gündəmində yoxdur.

Musavat.com xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında xarici işlər nazirinin müavini Mnaçakan Safaryan bildirib.

Onun sözlərinə görə, Ermənistan təşkilatın qərarlarında iştirak etmir, lakin proseslərə mane də olmur.

"Hazırkı mərhələdə siyasətimiz belədir. Ermənistan öz maraqlarına və yaranmış şəraitə uyğun siyasət aparır. Diversifikasiya və balanslaşdırma xətti bəyan olunub. Əlavə məlumat olarsa, açıqlayacağıq", - Safaryan qeyd edib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

16 Iyun 2026

BÜTÜN XƏBƏRLƏR