Onlayn ictimai-siyasi qəzet
Rusiya ordusu avqustun 29-da günorta saatlarında "Şahed" tipli kamikadze dronlarla Kiyevin iki rayonuna hücum edib.
Musavat.com xəbər verir ki, şəhər merı Vitali Kliçkonun verdiyi məlumata görə, Podolsk rayonunda dronlardan biri yaşayış olmayan əraziyə, digər PUA isə başqa bir qeyri-yaşayış binasına düşüb.
Obolon rayonunda isə PUA açıq əraziyə çırpılıb. Hadisə nəticəsində kafenin şüşələri sınıb və fasadı zədələnib. Yerli kanallar dronun qalıqlarının "Natalka" parkına düşdüyünü bildirir.
Kliçko əlavə edib ki, dronun düşməsi nəticəsində aldığı ağır xəsarətlərdən 2 yaşlı qız uşağı həlak olub. Paytaxtda ümumilikdə 8 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb. 18 yaşlı bir gənc qız və daha iki sakin xəstəxanaya yerləşdirilib.
Musavat.com
29 Avqust 2026
ŞƏRHLƏRŞƏRH YAZ