Onlayn ictimai-siyasi qəzet
Ermənistanın müdafiə xərclərində kəskin artım gözlənilir. Ölkənin 2027-ci il dövlət büdcəsi planına əsasən, hərbi xərclərin 563 milyard dramdan 616,5 milyard drama (təxminən 1,7 milyard dollar) qaldırılması nəzərdə tutulur.
Musavat.com Ermənistan mediasına istinadən xəbər verir ki, ayrılan vəsaitin böyük hissəsi - təxminən 613 milyard dramı (1,69 milyard dollar) bilavasitə müdafiə qabiliyyətinin gücləndirilməsinə yönəldiləcək.
Büdcə vəsaitlərinin şəxsi heyətin saxlanılmasına, müasir silah və sursatların satınalınmasına, hərbi texnika və rabitə sistemlərinin modernləşdirilməsinə, eləcə də ordunun geyim, yanacaq və ərzaq təminatının yaxşılaşdırılmasına xərclənməsi planlaşdırılır.
Musavat.com
12 Oktyabr 2026
ŞƏRHLƏRŞƏRH YAZ