Onlayn ictimai-siyasi qəzet
Ermənistan Rusiyada yeni səfərbərlik elan ediləcəyi təqdirdə ölkəyə gəlmək istəyən Rusiya vətəndaşlarına mane olmayacaq.
Musavat.com xəbər verir ki, bu barədə "Dojd" telekanalına Ermənistan Təhlükəsizlik Şurasının katibi Alen Simonyan bildirib.
Onun sözlərinə görə, sərhəddə rusiyalılardan ölkəyə gəliş səbəbləri soruşulmayacaq.
Simonyan vurğulayıb ki, Rusiya vətəndaşları Ermənistana xarici pasport olmadan da gələ bilərlər.
"Rusiya insanına yalnız bir söz deyə bilərəm: "Ermənistana xoş gəlmisiniz", - deyə o bəyan edib və əlavə edib ki, zərurət yarandıqda Ermənistan hakimiyyəti köməklik göstərməyə hazırdır.
Daha əvvəl KİV və Ukrayna hakimiyyəti Dövlət Dumasının seçkilərindən sonra Rusiyada ehtimal olunan səfərbərlik barədə məlumat yayıb. Kremldə isə bu xəbərləri "informasiya uydurması" adlandırıblar.
Musavat.com
ŞƏRHLƏRŞƏRH YAZ