Onlayn ictimai-siyasi qəzet
İsrailin baş naziri Benyamin Netanyahunun oğlu Yair Netanyahu Floridada olarkən İranın sui-qəsd planının hədəfinə çevrilib.
Musavat.com xəbər verir ki, bu barədə “Newsmax” telekanalı məlumat yayıb.
Məlumatda bildirilir ki, İsrail kəşfiyyatı planı 2025-ci ilin dekabrında aşkarlayıb.
Həmin vaxt Yair Netanyahu Mayami yaxınlığındakı Hallandeyl-Biç şəhərində yaşayırdı.
İranla əlaqəli şəxslər artıq Mayami ərazisində olub və onun yaşayış yeri ilə gündəlik hərəkətlərini izləyiblər.
İsrail tərəfi daha sonra ABŞ rəsmilərinə xəbərdarlıq edib. Yair Netanyahunun təhlükəsizlik səbəbilə dərhal Floridanı tərk etməsi istənilib. O, hətta şəxsi əşyalarını götürmədən İsrailə qayıdıb və bundan sonra ölkədə yaşamağa davam edib.
Benyamin Netanyahu isə bundan öncə İranın oğullarından birini öldürməyə cəhd etdiyini vurğulayıb. O, hadisənin təfərrüatlarını açıqlamasa da, sonrakı xəbərlərdə hədəfin Yair Netanyahu olduğu bildirilib.
Musavat.com
26 Avqust 2026
ŞƏRHLƏRŞƏRH YAZ