Onlayn ictimai-siyasi qəzet
Sabah Biləsuvar rayonunun 6 kəndində qaz təchizatı dayandırılacaq.
Bu barədə Musavat.com Azərbaycan Dövlət Neft Şirkətinin "Azəriqaz" İstehsalat Birliyinə istinadən xəbər verir.
Bildirilib ki, təmir-quraşdırma işləri ilə əlaqədar saat 10:00-dan işlər yekunlaşanadək Biləsuvar rayonunun Ağalıkənd, Dərvişli, Amankənd, Ovçubərə, Yuxarı Cürəli və Aşağı Cürəli kəndlərinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.
26 Avqust 2026
ŞƏRHLƏRŞƏRH YAZ