İnsanlara hürriyət, millətlərə istiqlal!

Britaniya mediasından Kiyevə xəbərdarlıq: Müharibə fonunda Ukraynanı daxildən sarsıdan yeni böhran

Ukraynada fəaliyyət göstərən antikorrupsiya strukturları faktiki olaraq siyasi proseslərə nə zaman və necə müdaxilə edəcəklərini müstəqil müəyyənləşdirmək imkanı əldə edərək nəzarətsiz bir gücə çevriliblər.

Musavat.com
xəbər verir ki, bu barədə Böyük Britaniyanın nüfuzlu "The Economist" nəşrində dərc olunan geniş təhlili məqalədə bildirilir.

Məqalədə qeyd olunur ki, Milli Antikorrupsiya Bürosu (NABU), Xüsusi Antikorrupsiya Prokurorluğu (SAP) və Ali Antikorrupsiya Məhkəməsindən (VAKS) ibarət triumvirat son illərdə Ukrayna hakimiyyətində müstəqil siyasi təsir mərkəzinə çevrilib. Nəşrin həmsöhbəti olan yüksəksəviyyəli Ukrayna rəsmilərindən biri bu strukturların mahiyyətcə "paralel hökumət" kimi fəaliyyət göstərdiyini vurğulayıb. NABU-ya yaxın mənbələr də qurumun sürətlə siyasiləşməsindən narahatlıqlarını gizlətmirlər. Bildirilir ki, qanunvericiliyin bu organlara verdiyi geniş səlahiyyətlər və şəxsi məlumatlara çıxış imkanları artıq siyasi mübarizədə təzyiq silahına çevrilmək riski yaradır.

"The Economist" xəbərdarlıq edir ki, antikorrupsiya strukturlarının siyasi müstəviyə müdaxiləsi ölkə üçün kritik bir dövrə təsadüf edir. HHM raketlərinin çatışmazlığı, Rusiyanın mülki və enerji infrastrukturuna zərbələri artırması və daxili siyasi çəkişmələr Ukrayna üçün beşinci müharibə qışında yeni və daha dərin böhran dalğası yarada bilər. Qeyd edək ki, bənzər səbəblərdən – antikorrupsiya bürolarının siyasi alətə çevrilməsi və ictimai etimadı itirməsi üzündən Polşa da daxil olmaqla bir sıra Avropa ölkələri bu tipli müstəqil strukturların fəaliyyətindən imtina ediblər.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

28 Avqust 2026

BÜTÜN XƏBƏRLƏR