İnsanlara hürriyət, millətlərə istiqlal!

Ermənistanda revanşistlərdən hakimiyyəti devirmək çağırışı

Ermənistanda 2026-cı il seçkisindən sonra formalaşan müxalif siyasi düşərgə hakimiyyət dəyişikliyi tələbini davam etdirir. Bu dəfə “Güclü Ermənistan” müxalif blokunun deputatı İrina Yolyan açıq şəkildə ölkədə hakimiyyətin dəyişməli olduğunu bildirib.

Musavat.com xəbər verir ki, Yolyan bunu avqustun 26-da Ermənistan parlamentində Ərazi idarəetməsi və ətraf mühitin mühafizəsi üzrə daimi komissiyanın sədri vəzifəsinə namizədliyinin müzakirəsi zamanı deyib.

Hakim “Vətəndaş müqaviləsi” partiyasının deputatı Babken Tunyanın onun siyasi mövqeyi ilə bağlı sualını cavablandıran Yolyan 2020-ci ildən bəri mövqeyinin dəyişmədiyini söyləyib.

“İndi 2026-cı ildir. 2020-ci ildən sonrakı ictimai və siyasi mövqeyimə baxsanız, heç nəyin dəyişmədiyini görərsiniz. Mən hələ də hesab edirəm ki, Ermənistanda hakimiyyət dəyişikliyi baş verməlidir”, - deyə erməni deputat bildirib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

28 Avqust 2026

27 Avqust 2026

BÜTÜN XƏBƏRLƏR