İnsanlara hürriyət, millətlərə istiqlal!

Putin Pezeşkianla GÖRÜŞƏCƏK - Tarix və məkan AÇIQLANDI

İran prezidenti Məsud Pezeşkian və rusiyalı həmkarı Vladimir Putin Qırğızıstanın paytaxtı Bişkekdə keçiriləcək Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) sammiti çərçivəsində bir araya gələcəklər.

Musavat.com "Mehr News"a istinadən xəbər verir ki, bu barədə İranın Rusiyadakı səfiri Kazım Cəlali məlumat verib.

Cəlalinin sözlərinə görə, Pezeşkian və Putin arasında qarşıdakı görüş də daxil olmaqla, iki ölkə prezidentləri indiyədək 6 dəfə üz-üzə görüşüb və 6 dəfə telefon danışığı aparıblar.

Qeyd edək ki, ŞƏT sammitinin Qırğızıstanın sədrliyi ilə sentyabrın 1-də Bişkekdə keçirilməsi planlaşdırılır.

Sammit çərçivəsində təşkilata üzv ölkələrin liderlərinin regional təhlükəsizlik, iqtisadi əməkdaşlıq və digər məsələləri müzakirə edəcəyi gözlənilir.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

27 Avqust 2026

26 Avqust 2026

BÜTÜN XƏBƏRLƏR