İnsanlara hürriyət, millətlərə istiqlal!

Polad Bülbüloğlu üçüncü dəfə evlənməsi barədə xəbəri təkzib etdi: “Boşanmamışam, məhkəməyə verəcəm...”

Azərbaycanın Xalq artisti, Milli Məclisin deputatı Polad Bülbüloğlu həyat yoldaşı Gülnarə Şıxəliyeva ilə boşanması və üçüncü dəfə ailə qurması barədə yayılan məlumatlara münasibət bildirib.

Musavat.com xəbər verir ki, hazırda Türkiyədə istirahətdə olan sənətçi “Novoye vremya” qəzetinə açıqlamasında yayılan xəbərlərin həqiqətə uyğun olmadığını deyib.

Polad Bülbüloğlu Gülnarə Şıxəliyeva ilə boşanmadığını və üçüncü dəfə evlənmədiyini bildirib.

Polad Bülbüloğlu Azərbaycana qayıtdıqdan sonra bu məlumatları yayan media qurumlarının hərəkətlərinə hüquqi qiymət verilməsi üçün müvafiq addımlar atacağını da açıqlayıb.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

26 Avqust 2026

BÜTÜN XƏBƏRLƏR