İnsanlara hürriyət, millətlərə istiqlal!

Ermənistan savaşa hazırlaşır? 

Ermənistan fövqəladə hallar zamanı internet rabitəsinin fasiləsiz təmin olunması üçün "Starlink"dən 56 terminal alıb.

Musavat.com xəbər verir ki, Ermənistanın Yüksək Texnologiyalar Sənayesi Nazirliyinin məlumatına görə, İlon Maska məxsus "Starlink" şirkəti ölkəyə 56 dəst peyk internet avadanlığını ödənişsiz təqdim edib.

Bildirilib ki, peyk terminalları fövqəladə hallar zamanı sabit və fasiləsiz internet əlaqəsinin təmin edilməsi məqsədilə istifadə olunacaq.

"Starlink" peyk internet sistemi 2022-ci ildə Rusiya-Ukrayna müharibəsinin ilk günlərindən Ukraynada geniş istifadə olunmağa başlayıb. Sistem mobil və sabit rabitənin sıradan çıxdığı ərazilərdə internet bağlantısını təmin edərək dövlət qurumlarının, hərbi bölmələrin, xilasedicilərin və kritik infrastrukturun əlaqəsini saxlamağa imkan verib. Bu texnologiya döyüş şəraitində rabitənin davamlılığının qorunmasında mühüm rol oynayıb və Ukraynaya beynəlxalq texnoloji dəstəyin əsas elementlərindən biridir.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

12 Iyul 2026

11 Iyul 2026

BÜTÜN XƏBƏRLƏR